Rusiya XİN Qarabağda antiterror əməliyyatı ilə bağlı MƏLUMAT YAYDI

Rusiya XİN Qarabağda antiterror əməliyyatı ilə bağlı MƏLUMAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağda lokal xarakterli antiterror əməliyyatına başlamasını elan etməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə hazırda Azərbaycan tərəfi ilə təmasların getdiyini söyləyib.

“İkinci məqam isə, təmasların yekununda Rusiya XİN-in xətti ilə müvafiq bəyanat veriləcək. Xəbərdarlığa gəldikdə isə, biz Azərbaycan tərəfindən məlumat alırıq”, o deyib.

Rusiya XİN sözçüsü Ermənistan və Azərbaycan arasında sülhə razılaşdırılmış və kağız üzərində olan yol xəritələrinin həyata keçirilməsi ilə nail olmağın mümkün olduğunu söyləyib: “Vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilirik: razılaşmaları icra etmək və vəziyyəti təhrik etməməmək lazımdır”, – deyə Zaxarova vurğulayıb.