Rusiya XİN: Erməni hərbçiləri Ağdam, Kəlbəcər və Laçından çıxarılır

Rusiya XİN: Erməni hərbçiləri Ağdam, Kəlbəcər və Laçından çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyalı sülhməramlıların yerləşdirilməsi davam edir, erməni hərbçilərin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması prosesi baş verir”.

TİA.AZ-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Bu mərhələdə insani məsələlər prioritet həll yollarını tələb edir”, – o bildirib.

XİN sözçüsü qeyd edib ki, Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə daim əlaqə qurur, münaqişədən sonrakı nizamlama ilə bağlı işləri koordinasiya edir: “Razılaşmaların qeyd-şərtsiz icrasını təmin etmək vacibdir. Məmnuniyyətlə qeyd edirik ki, Rusiyanın vasitəçilik səyləri bu gün davamlı atəşkəsin əldə edilməsinə, eləcə də dinc həyata qayıtmaq istiqamətində mühüm addımlar atılmasına imkan yaradıb”.