Rusiya XİN Almaniyanı məhv etməklə hədələdi

Rusiya XİN Almaniyanı məhv etməklə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar ertəsi bildirib ki, Berlin Krım körpüsünə mümkün raket zərbəsi ilə bağlı yüksək rütbəli alman zabitlərinin telefon dinləmələrinin dərcindən sonra vəziyyəti dəyişməsə, Almaniya “dəhşətli nəticələrlə” üzləşəcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ria novosti məlumat yayıb.
“İndi anladığımız kimi, onlar tam denasifikasiya olunmayıb… Ən dəhşətlisi odur ki, əgər heç nə edilməsə, əgər bu proses alman xalqının özü  tərəfindən dayandırılmasa, ilk növbədə Almaniyanın özü üçün dəhşətli nəticələrə gətirib çıxaracaq, bu faktdır, özünüz yoxlaya bilərsiniz”, – Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Almaniya hakimiyyətinin izahatını gözləyir. “Onların bunu araşdırması lazım deyil, etdiklərinə görə cavab verməlidirlər”, o bildirib.

Xatırladaq ki, ötən cümə günü Rusiya təbliğatçısı Marqarita Simonyan alman yüksək rütbəli hərbçiləri arasında söhbətin 38 dəqiqəlik audio yazısını dərc edib. İddia edilib ki, ələ keçirilən söhbət Almaniya Hərbi Hava Qüvvələrinin müfəttişi general-leytenant İnqo Gerharts, Hərbi Hava Qüvvələrinin Əməliyyatlar və Təlimlər İdarəsinin rəisi Frank Qrefe, Bundesver Kosmik Komandanlığının hava əməliyyatları mərkəzinin əməkdaşları Stefan Fenske və Froştedtenin arasında olub.
Rusiya kəşfiyyatının əldə etdiyi söhbətdə Almaniya Hərbi Hava Qüvvələrinin generalı və bir neçə zabiti Ukrayna Silahlı Qüvvələrinə məhvetmə radiusu 500 km olan, Moskvaya çata bilən uzaqmənzilli “Taurus” raketlərinin mümkün tədarükü məsələsini müzakirə edirlər. Onlar həmçinin bildirirlər ki, Böyük Britaniya, Fransa və ABŞ hərbçiləri artıq Ukraynadadırlar və Qərb texnikasının idarə olunmasına kömək edirlər. Britaniya istisna olmaqla, digər ölkələr bunu inkar edirlər.
Audioyazıda Gerharts müdafiə nazirinə “Taurus”un Ukraynaya tədarükünün təşkili və Kiyevin onlardan sursat anbarlarına və Krım körpüsünə hücum etmək üçün necə istifadə edə biləcəyi barədə təqdimat hazırlamağı tapşırıb. Alman zabitlərinin fikrincə, Krım körpüsünü məhv etmək üçün “bu raketlərdən 10-u, bəlkə də 20-si” lazımdır, çünki ölçüsünə görə körpü “eniş-enmə zolağına bənzəyir”.
Müzakirədən belə aydın olur ki, Bundesver rəhbərliyi 100 ədəd “Taurus”un Ukraynaya verilməsinə icazə verir. Eyni zamanda, söhbət iştirakçılarını narahat edən əsas məsələ zərbələr üçün hədəflərin necə təyin edilməsi və alman hərbçilərinin bu prosesdə birbaşa iştirakından necə yayınmaq məsələsidir. Gerhartsın sözlərinə görə, orada olan amerikalılar “Taurus”la bağlı məsələlərdə ukraynalılara kömək edə bilər.
Bir gün əvvəl Almaniya Müdafiə Nazirliyi Ukraynaya hərbi yardımı müzakirə etmək üçün qorunmayan WebEx platformasından istifadə edən alman zabitlərinin telefonlarının dinlənilməsi faktını təsdiqləyib. Berlin hadisə ilə bağlı araşdırmalara başlayıb.