“Supergüclər ATƏT-in Minsk Qrupunun həmsədrliyini ləğv etmək istəsəydilər, indiyə qədər bunu edərdilər”. Tribunainfo.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Tevan Poqosyan deyib.
O deyib ki, MQ üzvü olan dövlətlərin davranışlarının necə olacağını demək çətindir.
Poqosyan Rusiyanın atacağı addımlara da toxunub. Onun sözlərinə görə, Moskva Ukrayna məsələsindən sonra Qafqaza bir o qədər də əhəmiyyət verməyəcək. “Rusiya bu gün onu istəyir ki, Qafqaz ölkələri nə istəyirlər etsinlər. Bircə, onun Xəzər hövzəsinə və neft sektoruna toxunulmasın”.