Siyasi icmalçı Turab Rzayev Xarkovu həlledici döyüş meydanı adlandırıb. Tribunainfo.az yazır ki, ekspert iki səbəb sadalayıb.
Sitat: “Xarkov uğrunda döyüş Ukrayna müharibəsinin taleyini həll edəcək. Əgər Rusiya Xarkovu götürə bilsə, Ukrayna mənəvi və fiziki olaraq sınacaq, artıq Rusiyanın diqtə etdiyi sülh və ya atəşkəs şərtləri danışılacaq. Gürcüstan və Ermənistan avtomatik Rusiya nuguidairəsinə keçəcək. Beləliklə, Putin SSRİ 2.0 layihəsini sınıq-salxaq da olsa yekunlaşdıracaq”.
Ekspertə görə, əgər Rusiya Xarkovu götürə bilməsə, onda bu uzun mənasız sərhəd döyüşlərinin Rusiyaya bir xeyri olmayacağı ortaya çıxacaq: “Qərbdən daimi maliyyə, silah və döyüşçü yardımı alan Ukrayna müharibəni davam edə biləcək. Hətta, gələcəkdə daha yüksək texnologiyalı silahlar, aviasiya və uzaqmənzilli raketlər ilə müharibənin gedişi dəyişə də bilər. Hətta Fransa kimi ölkələr cəsarətlənə, Makron Ukraynaya Avropa ordusu göndərmək istəyə bilər.
Təsadüfi deyil ki, Çin tərəfinin təqdim etdiyi və Rusiyanın təklif etdiyi həll planında Ukrayna 3 hissəyə bölünürdü. İndi işğal edilən ərazilər və Odessa Rusiyada qalır, Dnepr çayının sol sahili Kiyev mərkəzli müstəqil Ukrayna dövləti olur, Kiyev çayının sağ sahili isə şərqi Kiyev də daxil olmaqla, paytaxtı Xarkov olan neytral, əslində isə Rusiya yönümlü dövlət olur.
Hər şey Xarkovdan asılıdır”.
Roman