Ukraynanın xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyi təklif edib.
Ukraynanın xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyi təklif edib.
TİA.AZ UNİAN agentliyinə istinadən xəbər verir ki, ukraynalı nazir təklifi Avropada həll olunmamış münaqişələr üzrə Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
Klimkin Rusiyanı münaqişələrin tərəfi adlandırıb. Ukrayna xarici siyasət idarəsinin başçısı BMT Nizamnaməsinin 27-ci maddəsinin üçüncü bəndini xatırladıb. Həmin maddəyə görə, mübahisəli məsələdə iştirak edən tərəf qərarın qəbul olunması vaxtı səsvermədən çəkinməlidir.
Klimkin növbəti dəfə Moskvanı Avropada münaqişələri alışdırmaqda ittiham edib, BMT Təhlükəsizlik Şurasında Rusiyanın daimi üzvlüyünü “fundamental problem” adlandırıb.
Onun sözlərinə görə, Avropadakı həll olunmamış münaqişələr ümumi xüsusiyyətə malikdir. Bunlar Rusiyanın aktiv cəlb olunması, iştirakı və dəstək strategiyasıdır.
Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Rusiya Ukraynaya qarşı təcavüz həyata keçirir. Klimkin qeyd edib ki, qlobal təhlükəsizliyin əsas elementi olan Avropa və transatlantik birliyinin dağıdılması Moskvanın hədəfidir.