“Rusiya vətəndaşları savaş ritorikasından bezib” – Ekspertbackend

“Rusiya vətəndaşları savaş ritorikasından bezib” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hakimiyyət daxilindəki hansısa qrup Putinə insanların narazı olduğu fikrini çatdırır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı “Levada” Mərkəzinin Rusiyada keçirdiyi son sorğunun nəticələrini şərh edərkən deyib.
Elçin Şıxlı bildirib ki, rəyi soruşulanların 77 faizinin Rusiyanın yanlış yolda olduğunu bildirdiyi halda, müharibəni dəstəkləyənlərin də çox olması onların özlərinin nə istədiklərini bilməmələrinin göstəricisidir:

”Ölkənin 77 faizi dövlətin yanlış yolda olduğunu düşünürsə, deməli, Rusiya əhalisi belə  yaşamaqdan və savaş ritorikasından bezib. Rusiya əhalisi hakimiyyətin  yürütdüyü siyasət nəticəsində dünyadan təcrid olunub, xaricə gedə bilmir, idman yarışlarından uzaqlaşdırılıblar. Yeni texnologiyaları yoxdur, təyyarə parkları pis gündədir, xaricdən ehtiyat hissələri artıq gəlmir, valyuta birjaları problemlər içindədir. Bu da öz növbəsində əhalinin keçirilən sorğularda narazılıqlarını ifadə etmələrilə nəticələnir”.

Qeyd edək ki, Rusiyada “Levada” Mərkəzinin iyun ayında keçirdiyi sorğu maraqlı nəticələrlə yadda qalıb. Sorğunun nəticələrinə görə, Rusiya  əhalisinin 77 faizi ölkənin yanlış yolla getdiyini düşünür. Bundan başqa, rusiyalıların 58 faizi  Ukrayna ilə sülh danışıqlarına başlamaq ideyasını dəstəkləyir. Sorğuda iştirak edənlərin  üçdə ikisi hələ də baş verənlərə görə məsuliyyəti ABŞ və NATO-nun üzərinə qoyur.  Respondentlərin əksəriyyəti Vladimir Putinin Prezident kimi fəaliyyətini bəyənmir və 77 faizi  Rusiya Federasiyasının yanlış yolla getdiyini düşünür.