Rusiya və Ukrayna tərəflərinin növbəti görüşü bu tarixdə olacaqbackend

Rusiya və Ukrayna tərəflərinin növbəti görüşü bu tarixdə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu yaxın bir-iki gün ərzində baş tutacaq.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Görüş növbəti bir-iki gündə olacaq. Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, – o deyib.
Müşavirin sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmayıb.