Rusiya və Ukrayna arasında hərbi əsirlərlə qarşılıqlı görüşlərin davam etdirilməsi ilə bağlı razılaşmalar əldə olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova məlumat verib.
O qeyd edib ki, Kursk vilayətindən olan rusiyalıların Ukrayna ərazisindən qayıtma tarixi hələ müəyyən edilməyib, lakin bunun yaxın gələcəkdə baş verəcəyi gözlənilir.
Bundan əlavə, tərəflər hərbi əsirlərin saxlanması üçün 2 min qarşılıqlı bağlama göndərmək barədə razılığa gəliblər.