Rusiya və Türkiyədən S-400 AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Türkiyə arsında aparılan S-400 sistemlərinin alınması üçün müzakirələr yekunlaşıb və imzaların atılması an məsələsidir. 

Rusiya ilə Türkiyə arsında aparılan S-400 sistemlərinin alınması üçün müzakirələr yekunlaşıb və imzaların atılması an məsələsidir.

TİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık açıqlama verib.

O, bildirib ki, Rusiya ilə aparılan müzakirələrdə artıq bütün maneələr dəf edilib və imzaların atılması mərhələsinə keçilib: “S-400 mövzusu artıq son nöqtəyə gəlib. Görüşlər müsbət nəticələrlə yekunlaşıb. Sadəcə imzalar atılmalıdır. Məsələ ilə bağlı hələ ki, heç bir problemlə qarşılaşmamışıq”.

Məsələ ilə bağlı açıqlama verən Rusiya hərbi şirkətinin nümayəndəsi Aleksandr Miheyev Türkiyə ilə S-400 sistemi haqqında ortaq qərar çıxarıldığını və razılaşmanın yaxın zamanda imzalanacağı xəbərini təsdiq edib.