Moskvada Şimali Koreya səlahiyyətliləri Rusiya rəsmiləri ilə görüş keçirir.
Moskvada Şimali Koreya səlahiyyətliləri Rusiya rəsmiləri ilə görüş keçirir.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, danışıqlar bitdikdən sonra açıqlama veriləcək. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert açıqlamasında deyib: “Biz diplomatik danışığı üstün tuturuq. Əgər Rusiya, Şimali Koreyanı daha yaxşı istiqamətə yönləndirməyi bacarsa, biz bunu çox müsbət qarşılayarıq”.
Qeyd edək ki, son həftələr ABŞ-la Şimali Koreya arasındakı gərginlik daha da artıb və tərəflər müharibə ifadəsini çox işlətməyə başlayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov Çinlə birgə ötən həftə hər iki tərəf üçün təkliflə çıxış edib. Təklif isə bundan ibarətdir ki, Şimali Koreya raket sınaqlarını, ABŞ-laCənubi Koreyaisə hərbi təlimləri dayandırsın. Lavrov, bu məsələdə qərəzsiz Avropa ölkəsinin də vasitəçi ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ hansısa danışıqlara başlamaq üçün Şimali Koreyanın nüvə silahı səylərindən imtina etməyini təklif edib. Şimali Koreya isə, özünü müdafiə etmək üçün bu silahlara ehtiyacı olduğunu bildirib./Metbuat.az