Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan iddia edib ki, əgər Rusiya və İran olmasaydı, Azərbaycan və Türkiyə çoxdan Ermənistanı “yemişdi”. Tribunainfo.az xəbər verir ki, sözügedən şəxs bildirib ki, hazırda Bakı və Ankaranın İrəvanla çox da sərt olmayan dildə danışmaması da bununla bağlıdır.
Zakaryan, “Əgər Türkiyə və ya Azərbaycan Nikol Paşinyanın çoxsaylı səhvlərindən və düşünülmüş sui-qəsdlərindən istifadə edərək bu günə qədər Ermənistanı “yeməyibsə”, bunun səbəbi Rusiya və İranın Cənubi Qafqaz maraqlarıdır” deyə, fikrini yekunlaşdırıb.