Rusiya və İran arasında nüvə energetikası sahəsində əməkdaşlığın genişləndirilməsi barədə memorandumun reallaşdırılmasına dair Yol xəritəsi imzalanıb.
Rusiya və İran arasında nüvə energetikası sahəsində əməkdaşlığın genişləndirilməsi barədə memorandumun reallaşdırılmasına dair Yol xəritəsi imzalanıb.
TİA.AZ xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” dövlət korporasiyasından bildirilib.
Yol xəritəsi Moskvada “Rosatom”un baş direktor müavini Nikolay Spasski və İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti Bəhruz Kamalvəndi tərəfindən imzalanıb.
Qeyd edək ki, “Rosatom” İranda bir neçə yeni layihə reallaşdırmaq niyyətindədir.