İran və Rusiya arasında strateji əməkdaşlığa dair saziş imzalansa da, iki ölkə arasında münasibətlərdə soyuqluq hiss olunur.
Tribunainfo.az xəbər verir ki, ötən günlərdə keçmiş nazir Məhəmməd Cavad Zərifin Rusiya haqqında tənqidi fikirlər səsləndirməsi isə qalmaqala səbəb olmuşdu.
Karnegi Beynəlxalq Sülh Fondunun tədqiqatçısı Nikol Qrayevski bildirir ki, İran və Rusiya arasındakı münasibətlər ideoloji ittifaqdan çox, qarşılıqlı ehtiyac və sağ qalma instinktinə əsaslanır. Onun sözlərinə görə, Rusiya İrandan, İran da Rusiyadan istifadə edir. “Biri PUA alıb, Ukraynada istifadə edir. Digəri də özünə lazım olan malları alaraq, iqtisadiyyatını sabit saxlamağa çalışır”.
Fondun nümayəndəsi qeyd edib ki, bu ittifaq uzunmüddətli deyil. “Bir qədər sonra iki ölkə arasındakı çatlar açıq görünəcək”.
Fərda Uğur










