Rusiya və İran Azərbaycanı rəqib görürlər

Rusiya və İran Azərbaycanı rəqib görürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-İran razılaşması Azərbaycan üçün arzuolunan deyil. Çünki o, Qafqazın sahibi kimi özünü görür”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə politoloq Akop Badalyan çıxış edib.
Onun sözlərinə görə, bu razılaşma Azərbaycan üçün məhdudlaşdırıcı amilə çevrilə bilər. “Çünki Azərbaycan öz iddialı siyasəti ilə İranın, müəyyən qədər də Rusiyanın qırmızı xətlərinə yaxınlaşıb”.
Badalyan onu da deyib ki, Rusiya və İranın geosiyasi rəqibləri Azərbaycanı Rusiya-İran əməkdaşlığını pozmaq vasitələrindən biri hesab edəcəklər.