RUSİYA VƏ ABŞ SURİYADA TOQQUŞACAQMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ilə Rusiyanın qarşıdurması sadəcə formal xarakter daşıyırdı”. 

ABŞ ilə Rusiyanın qarşıdurması sadəcə formal xarakter daşıyırdı”.

Bu sözləri TİA.AZ-a ABŞ-ın Suriya təyyarəsini vurmasından sonra Rusiyanın bu ölkəylə Suriyada terrora qarşı mübarizədə qarşılıqlı fəaliyyətin dayandırılması və Fəratın qərb sahilinə keçəcək koalisiya təyyarələrinin nəzarətə götürüləcəyi qərarını şərh edərkən politoloq Vüqar Zifəroğlu deyib. Onun fikrincə, bu qərar Rusiya və ABŞ-ın Suriyada toqquşmasına səbəb olmayacaq:

“Əslində ABŞ ilə Rusiyanın qarşıdurması zatən davam edirdi və onların münaqişənin həlli ilə bağlı qarşılıqlı fəaliyyət göstərməsi sadəcə formal xarakter daşıyırdı. Sadəcə bu qarşıdurma açıq hərbi münaqişəyədək irəliləməyib və irəliləcəyini də gözləmirəm. Təbii ki, siyasi təzyiqlər, iqtisadi sanksiyalar, diplomatik hədələr hər iki tərəfin, əsasən də ABŞ-ın rəqibinə qarşı istifadə etdiyi başlıca alətlər olaraq qalacaq. Sadəcə münasibətlərin kəskinləşməsinin mənfi tərəfi, münaqişə ocaqlarında konfliktin daha da dərinləşməsinə səbəb olur”.

Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya bazar günü Suriya qırıcısını Rakka üzərində vurub. Bunun ardınca Rusiya ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində bütün əlaqələri dayandırdığını, koalisiya qüvvələrinin Fərat çayının qərb sahilindəki bütün təyyarə və pilotsuz aparatlarının fəaliyyətinin bundan sonra Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində saxlanılacağını bəyan edib.

İlahə