Rusiya və ABŞ prezidentlərinin təkbətək görüşü başladı

Rusiya və ABŞ prezidentlərinin təkbətək görüşü başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb.

Əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə tet-a-tet söhbət edəcəklər. Sonra nümayəndə heyətlərinin iştiraklı ilə danışıqlar aparılacaq.

Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq. D.Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi məsələsini də qaldıracağını bildirib.

Hər hansı rəsmi sənədin imzalanması gözlənilmir.

Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcək.