Rusiya “Vaqner”in rəhbərinə cinayət işi açdı

Rusiya “Vaqner”in rəhbərinə cinayət işi açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açılıb.

Cinayət işi Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən açılıb.

Həmçinin, Rusiya Milli Antiterror Komitəsi “Vaqner”in rəhbərindən qanunsuz hərəkətləri dayandırmağı tələb edib.

Qeyd edək ki, Priqojin Rusiya  Müdafiə Nazirliyini “Vaqner” özəl hərbi şirkətinin düşərgələrinə raket zərbəsi endirməkdə günahlandırıb.

O, müdafiə naziri Sergey Şoyqunun “Vaqner” özəl hərbi şirkətinin arxa cəbhəsindəki düşərgələrinə zərbə endirmək üçün Rostova gəldiyini açıqlayıb.

Rusiya MN isə Priqojinin iddiarını təkzib edərək həmin bəyanatı təxribat adlandırıb.