Rusiya üzərində 193 Ukrayna PUA-sı vurulub

Rusiya üzərində 193 Ukrayna PUA-sı vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Rusiyanın hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi üzərində ümumilikdə 193 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub və ya zərərsizləşdirib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, məhv edilən dronlardan 40-ı Moskva vilayəti üzərində vurulub.

Hücumlar nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.