RUSİYA UKRAYNANIN TARİXİ KİLSƏSİNƏ RAKET ATDI

RUSİYA UKRAYNANIN TARİXİ KİLSƏSİNƏ RAKET ATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir həftə ərzində Ukraynanın liman şəhəri Odessanı vuran Rusiya şəhərin tarixi kilsəsini hədəfə alıb. YUNESKO-nun Ümumdünya İrs Siyahısına düşən bina 1936-cı ildə Stalin tərəfindən sökülüb.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Taxıl dəhlizi sazişindən çıxdıqdan sonra Ukraynanın liman şəhəri Odessanı hədəfə alan Rusiya şəhərdəki tarixi pravoslav kilsəsini vurub.

Ötən gecə şəhərə beş müxtəlif tipli 19 raket atılıb. Hücum nəticəsində 22 nəfər həlak olub. Ölənlərdən ikisinin kilsənin içərisində olduğu bildirilib.

Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısında təhlükə altında olan 19-cu əsr kilsəsi 1936-cı ildə Sovet lideri İosif Stalinin şəhərə hücumları zamanı dağıdılıb. 1999-cu ildə yenidən qurulmasına başlanılan ibadət yeri 2003-cü ildə istifadəyə verilib.

Kilsənin atəşə tutulmasından sonra gələn reaksiyalardan sonra Rusiya Müdafiə Nazirliyi bazar günü verdiyi ilk açıqlamada onların “hərbi obyektləri” hədəfə aldıqlarını və onlara qarşı “terror aktları hazırlandığını” iddia etdi. Sonrakı açıqlamada nazirlik onların kafedralı vurduqlarını təkzib edərək, ehtimal ki, binanın “Ukrayna zenit-raketinin düşməsi nəticəsində” dağıldığını iddia edib.