Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya Ukraynanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xüsusi hərbi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri 500 Ukrayna təyyarəsini, həmçinin 250-dən çox helikopterini məhv edib”.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi  8104 pilotsuz uçuş aparatı, 441 zenit-raket kompleksi, 12778 tank və digər zirehli döyüş texnikası, 1165 çoxlu sayda döyüş maşını məhv edilib”, – məlumatda deyilir.