Rusiya Müdafiə Nazirliyinin dekabrın 2-də verdiyi məlumata görə, Hava Hücumundan Müdafiə Qoşunları bir gecədə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Tribuna.az xəbər verir ki, “ötən gecə hava hücumundan müdafiə sistemləri Ukraynanın 45 sabit qanadlı pilotsuz uçuş aparatını (PUA) ələ keçirib və məhv edib”, – məlumatda deyilir.
14 pilotsuz uçuş aparatı Bryansk vilayəti, 8-i Krasnodar vilayəti, 5-i Volqoqrad vilayəti və 4-ü Çeçenistan Respublikası üzərində məhv edilib.
Dəniz Pənahova










