“İndi Rusiya hər ay 40 minə yaxın əsgər itirir. Ola bilər ki , Kreml yeni səfərbərlik dalğası elan etsin”. Tribunainfo.az xəbər verir ki, bunu hərbi əks-kəşfiyyat üzrə ekspert Mixailo Pritula deyib.
O bildirib ki, 40 min aylıq itkilərinin təxmini sayıdır. Pritula hesab edir ki, Rusiya bu itkilər fonunda səfərbərliyə gedəcək. “Lakin Rusiya Moskva və Peterburqda bu addımı atmayacaq. Ucqar əyalətlərin sakinlərinə üstünlük verəcək. Çünki mərkəz şəhərlərdə etirazlardan çəkinir”.
Ekspert onu da deyib ki, Kreml itkilər üçün ayda 800 milyon dollar xərcləyir. “Hər ölən əsgərə 20 min dollar ödənilir. Yaralılar isə cüzi məbləğ alırlar”.