Rusiya-Ukrayna müharibəsinin taleyi Selidovo-Qornyak cəbhəsində həll olacaq. Tribunainfo.az xəbər verir ki, bu barədə Qərb mediası yazıb.
Həmin yazıda qeyd edilir ki, əgər ruslar Selidovo-Qorniak zonasını ələ keçirsələr, bir anda bütün istiqamətlərdə zəif mühafizə olunan əməliyyat zonasına çıxacaqlar. “Rusların Cənubda – Kuraxovonun arxası, həmçinin bütün cənub cəbhəsi, Şimal-şərqdə Pokrovskinin arxası və Ukrayna tərəfinin demək olar ki, müdafiəsi olmayan Dnepropetrovsk vilayətinə çıxışı asanlaşacaq. Şimalda, şərq Donbass və Xarkov cəbhələrinin arxa hissəsi və hələ də zəif qorunur. Hazırda həm Selidovoda, həm də Qornyakda Ukrayna qüvvələrinin vəziyyəti son dərəcə ağırdır”.
Qərb mediası qeyd edir ki, Selidovoda Rusiya qüvvələri Vişnevoyeyə gedən yolu möhkəm bağlayıb. “Selidovoya çıxışı təmin edən son yol, Rusiya qüvvələrinin hücum etdiyi istiqamətdə Pokrovskdan M-30 əsas magistralıdır və hazırda onlar artıq təxminən 500-1000 metr aralıdadırlar. Yol Rusiya atəşi zonasındadır və hər an fiziki hücum da mümkündür ki, bu da Selidovo üçün tam mühasirə deməkdir. Bundan əlavə, ruslar şəhərə şimaldan, cənubdan və şərqdən hücum edir”.
Məlumatda deyilir ki, Qornyakın 60 faizi artıq Rusiyanın nəzarəti altındadır. Bununla belə, iki əsas mövqe hələ də Ukrayna qüvvələrinin əlindədir. “Şəhərin qərbində yerləşən 42 saylı mədən və ona bitişik tullantı qalaqlarını emal edən zavod ərazidə üstünlük təşkil edən mövqelərdir. Bu nöqtələr tutulsa, təkcə Qornyak deyil, həm də ona bitişik Kuraxovka, Kuraxovo su anbarına qədər rusların əlində olacaq”.