Rusiya-Ukrayna müharibəsi bir həftəyə dayanır? – POLİTOLOQ

Rusiya-Ukrayna müharibəsi bir həftəyə dayanır? – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tram müharibənin bir həftəyı dayanacağını bildirib.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki,
Trampın Ukraynada müharibənin bir həftə ərzində bitəcəyi ilə bağlı açıqlaması hazırkı reallıqlar şəraitində qeyri ciddi- təsir bağışlayır.

Politoloqun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması və ya atəşkəsin əldə edilməsi nəzəri baxımdan istisna edilə bilməz, lakin Rusiya uzun müddətli sülhün təmin edilməsində israrlıdır. Özü də Moskva müharibənin gedişində ələ keçirilmiş Ukrayna torpaqlarının Rusiya ərazisi kimi tanınmasında, habelə Ukraynanın bitərəflik statusunun Qərb tərəfindən təsdiq olunmasında israrlıdır. Ukrayna ilə sülh müqaviləsini isə Kreml legetim hakimiyyətlə imzalayacağını bəyan edib.

“Zelenski isə qeyri legetim prezidentdir. Onun səlahiyyətləri keçən ilin mayında başa çatıb. Bu mənada rəsmi Kiyevlə sülh danışıqları ancaq bu ölkədə prezident seçkiləri keçirildikdən və legetim hakimiyyət formalaşdıqdan sonra mümkündür. Maraqlıdır ki, Zelenskinin qeyri legetimliyinə Tramp da işarə edib. Onun seçicilər arasında cəmi 4% reytinqə malik olduğunu söyləməklə, Tramp Kiyevə ünvanladığı təkliflərində qısa zamanda bu ölkədə prezident seçkilərinin keçirilməsi tələbini irəli sürüb.
Prezident Zelenski isə Avropa Birliyinin ona vədlərinə əsaslanaraq seçkiləri keçirməkdən imtina edir, bu konteksdə müharibənin bir həftə ərzində başa çatacağı ilə bağlı verilən bəyənatlar reallıqları ehtiva etmir. Üstəlik Fransa prezidenti Makron bu həftə Trampla Vaşinqtonda baş tutacaq görüşündə onu Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə, dilə tutmağa çalışacaq və bu amil də, hərbi əməliyyatların davam etdirilməsinə AB tərəfindən hesablanmış addımdır”.

 

 

 

 

Dəniz