Rusiya ordusu Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin binasına iki raket zərbəsi endirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı “The Economist” qəzeti yayıb. Qəzetin yazdığına görə, inzibati bina sonuncu dəfə bu il mayın 29-da hədəfə alınıb.
Qeyd edək ki, hücum ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilib.