Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır. Tribunainfo.az həmin mənbəyə istinadən xəbər verir ki, Kreml rəsmiləri xüsusən Hindistan və Braziliya ilə sıx əlaqələr saxlayır.
Məlumatda deyilir ki, Braziliya və Çinin hazırladığı “Sülh üçün 6 bənd” təklifi Rusiyanın maraqlarına qismən cavab versə də, danışıqlar üçün əsas sayılır. ISW onu da yazır ki, Hindistanın baş naziri Narendra Modinin Kiyevə səfəri də həmin layihə üzrə danışıq aparmaq və Ukraynanın fikirlərini öyrənmək olub.