Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur – Dmitri Peskov

Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur – Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

“Hələlik danışıqlar üçün heç bir əsas yoxdur”, – Peskov qeyd edib.

Kreml nümayəndəsinin sözlərinə görə, Qətər də daxil olmaqla bir çox ölkələr danışıqlar üçün öz ərazilərini təqdim etməyə hazır olduqlarını bəyan ediblər.

“Doğrudan da, əmirlik müxtəlif məsələlər üzrə vasitəçilik xidmətləri baxımından çox fəaldır və bunu səmərəli edir. Bundan əlavə, Qətərlə ikitərəfli əlaqələrimiz əla inkişaf edir. Biz belə xoşməramlılığa görə bütün ölkələrə, o cümlədən Qətərə minnətdarıq”, – Peskov qeyd edib.