“Bu yaxınlarda Azərbaycan və Ermənistan dəfələrlə sülh müqaviləsi üzərində işi başa çatdırmağa hazır olduqlarını bəyan ediblər, Rusiya Federasiyası onlara kömək etməyə hazırdır, bu, Qafqazda sülh və proqnozlaşdırıla bilən mühiti təmin edəcək.
Tribunainfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində bildirib.
Kreml nümayəndəsi qeyd edib ki, “hər iki tərəf son vaxtlar sülh müqaviləsi üzrə işi başa çatdırmağa və yekunlaşdırmağa hazır olduqlarını dəfələrlə bəyan ediblər”.
“Rusiya onlara kömək etməyə hazırdır, bunu alqışlamağa hazırdır. Biz vasitəçiliyimizi tətbiq etmirik, lakin təbii ki, bizim üçün çox vacibdir ki, bizim iki tərəfdaşımız, müttəfiqimiz təkcə MDB çərçivəsində deyil, həm də inkişaf etmiş ikitərəfli münasibətlərimiz baxımından bu müqaviləni tezliklə imzalasınlar. Bu, Qafqazda sülh, sabitlik və proqnozlaşdırıla bilən atmosferi təmin edəcək ki, bu da bizim üçün vacibdir”, – Peskov vurğulayıb.