Rusiya üçün çətin aylar başlayır… “İyuna qədər…” – Analitik

Rusiya üçün çətin aylar başlayır… “İyuna qədər…” – Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya üçün çətin aylar başlayır. Rusiya ordusunun hərəkətini çətinləşdirilməsi əsas hədəfdir. Ukrayna ordusu Krım istiqamətində hədəfləri məhv edib, hücumları artıracaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, ABŞ tərəfindən Ukraynaya öldürücü və hücum silahları göndərilir və bununla da Ukraynanın silahlandırılmasının ikinci mərhələsi başlamış hesab olunur:

“Göndəriləcək silahlar ilk növbədə Rusiya ordusunun arxa cəbhə logistikasinı sıradan çıxarılmasına hesablanıb. Hətta növbəti aylarda Krım körpüsü vurula bilər. Həmçinin işğal olunmuş ərazilərdə dəmir və avtomobil yolları sıradan çıxarılacaq. Rusiya ordusunun hərəkətini çətinləşdirilməsi əsas hədəfdir. Həmçinin havadan müdafiə sistemi təkmilləşdiriləcək. Rusiya üçün çətin aylar başlayır. Ukrayna ordusu Krım istiqamətində hədəfləri məhv edib, hücumları artıracaq.


Qərbin Ukraynaya verdiyi silahları ABŞ və Alman hərbiçilər idarə edir. Ukraynada döyüşmək üçün legioner qruplarda hücum əməliyyatlarını gözləyir. İyunda İsveçrədə başlayacaq Ukrayna üçün sülh formuna kimi Rusiya ordusuna ciddi zərbələr vurulması planlaşdırılır. Bundan sonra, Rusiyanın yeni ərazilər işğal etməsi çətinləşəcək”.

Analitik bildirib ki, bu gedişlə Rusiya və Ukrayna arasında danışıqlar mümkün görünmür:

“Rusiya Ukrayna müharibəsinin danışıqlarla həll yolu gözlənilmir. Çünki Qərblə Rusiya arasında hərbi konfontrasiya birinin məğlubiyyəti ilə nəticələnməlidir. Artıq Qərb bu qədər müharibəyə vəsait xərcəkdikdən sonra geri çəkilməsi mümkün deyil. Rusiyanı Ukraynada ağır məğlubiyyət gözləyir. Bunun nüvə müharibəsinə keçməsi isə gözlənilmir”.

Nigar