Rusiya səfirliyi rusiyalı turistlərin Latın Amerikasına tranziti ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə nota göndərib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Rusiyanın Ankaradakı səfirliyi RF vətəndaşlarına Latın Amerikasına tranzit uçuşa icazə verilmədiyi təqdirdə Türk Hava Yollarına qarşı yaşadıqları yer üzrə iddia qaldırmağı tövsiyə edib.
Səfirlikdən bildirilib ki, aviaşirkət İstanbul vasitəsilə Argentina, Braziliya, Meksika, Panama və bir sıra digər ölkələrə tranzit keçən rusiyalı sərnişinlərə reyslərə minməkdən imtina etməyə davam edir.