Andrey Karlov səviyyəsində bir şəxsi müəyyənləşdirib Türkiyəyə səfir göndərmək heç də asan deyil.
Andrey Karlov səviyyəsində bir şəxsi müəyyənləşdirib Türkiyəyə səfir göndərmək heç də asan deyil.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov söyləyib.
O, Türkiyə kimi ölkədə Rusiya səfiri vəzifəsinin uzun müddət boş qalmayacağını da bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Moskvanın Türkiyəyə Mixail Babiçi səfir göndərəcəyini açıqlayıb. Mətbuatın informasiyası Kreml tərəfindən təkzib edilib.
Andrey Karlov ötən il dekabrın 19-da qətlə yetirilib.