Rusiya prezidenti Vladimir Putin “Türkiyə Respublikası ilə bağlı bəzi xüsusi iqtisadi ölçülərin ləğv edilməsi barədə” sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, bu barədə iyulun 25-də iki ölkə arasındakı 2010-cu il sazişinin yenilənməsi ilə bağlı verilən qərarda deyilir.
Yeni sərəncama görə, həm adi ümumvətəndaş xarici pasportu, həm də xidməti vəsiqəsi olan Türkiyə vətəndaşları Rusiyaya hansı səbəbdən getmələrindən asılı olmayaraq, əksər məhdudiyyətlərdən azad olacaqlar.
Rusiya tərəfi isə bu qərarın qarşılığında Türkiyəyə getmək istəyən, xidməti pasportu olan rus vətəndaşlarıyla bağlı rəsmi Anrkaradan eyni addımı gözlədiyini deyib.