RUSİYA, TÜRKİYƏ VƏ QƏTƏR YENİ TAXIL MÜQAVİLƏSİ HAZIRLAYIR

RUSİYA, TÜRKİYƏ VƏ QƏTƏR YENİ TAXIL MÜQAVİLƏSİ HAZIRLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Bild qəzeti Rusiya , Türkiyə və Qətərin bir aydan çox işləməyən Qara Dəniz Taxıl Dəhlizi Razılaşmasından sonra yeni saziş hazırlamaq üçün hərəkətə keçdiyini iddia edib.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, əldə edilən rəsmi yazışmalara əsaslandığı bildirilən xəbərdə 21 iyul-8 avqust tarixləri arasında Türkiyə və Rusiya diplomatik nümayəndəlikləri arasında aparılan dialoqlar zamanı Moskvanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmaq planlarını dəfələrlə Ankaraya çatdırdığı bildirilib.

Ukraynanın Qara dənizdən 33 milyon ton ərzaq ixrac etməsinə icazə verən müqavilədən çıxacaq Rusiyanın Qətəri Türkiyə ilə birlikdə alaraq yeni müqavilə hazırlamağa çalışdığını iddia edib.

Taxıl tədarükünü Rusiyanın təmin edəcəyi , Qətərin sponsorluq edəcəyi, Türkiyənin isə razılaşmanı təşkil etməyə çalışdığı bildirilir. Xəbərlərdə taxılın əsas hədəfinin Afrika ölkələri olacağı da qeyd edilib.

Razılaşmanın bu həftə sonu Macarıstanın paytaxtı Budapeştdə bağlana biləcəyi bildirilərkən, hazırda Rusiyanın tabeliyində olan Tatarıstanın lideri Rüstəm Minnihanovun orada olduğu və prezident Rəcəb Tayyib Ərdoğanın bir-biri ilə görüşəcəyi xatırladılıb.