backend

Rusiya Türkiyə iə bu məsələyə görə danışıqları dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada Rusiya səfiri Andrey Karlov öldürüldükdən sonra rəsmi Moskva Türkiyə ilə vizasız rejimin tətbiqi üzrə danışıqları dayandırmaq niyyətindədir. 

Ankarada Rusiya səfiri Andrey Karlov öldürüldükdən sonra rəsmi Moskva Türkiyə ilə vizasız rejimin tətbiqi üzrə danışıqları dayandırmaq niyyətindədir.


TİA.AZ xəbər verir ki, bunu “İzvestiya” nəşri xarici siyasət dairələrində mənbəyə istinadən yazıb.

Qeyd olunub ki, bir neçə ay əvvəl Andrey Karlov Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etmək barədə tələsməməyə çağırıb. Onun fikrincə, ölkədə təhlükəsizliyi təmin etmək üçün heç də bütün tədbirlər görülməyib.

Qəzetin məlumatına görə, vizasız rejimin tətbiqi məsələsi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Rusiya hökuməti də, hazırda Türkiyədə olan ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımı tədbirlər görəcək.