backend

“Rusiya Trampa görə peşman olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp Corc Buşdan daha sərt siyasət yürüdəcək. 

Donald Tramp Corc Buşdan daha sərt siyasət yürüdəcək.

TIA/AZ  xəbər verir ki, bunu “Rustavi 2” televiziyasına müsahibəsində gürcü analitik Nodar Xarşiladze söyləyib. 

Onun sözlərinə görə, Trampın hakimiyyəti dönəmində Cənubi Qafqaza hərbi yardım proqramlarında böyük aktivlik nəzərə çarpacaq. 

O, Rusiyanın Trampı müdafiə etdiyinə görə də peşman olacağını bildirib:

“Yaxın perspektivdə ABŞ və Rusiya münasibətləri ilə bağlı çoxlu sayda bəyanatlar veriləcək.

 Rusiya Trampı dəstəklədiyi üçün peşman olacaq. 

Ona görə ki, Tramp Rusiya üçün indiyə qədərki liderlərdən ən təhlükəlisi ola bilər. 

Hillari Klintonun nə addım atacağını öncədən müəyyənləşdirmək olurdu, amma Trampla bu, mümkün deyil. 

Vaşinqton Moskvaya heç bir güzəşt etməyəcək. 

Trampın siyasəti Buşun siyasətinə bənzəyəcək. 

Yeni prezident hərbi büdcəni artıracaq və bu işdə Konqreslə Senatdan dəstək alacaq. NATO yenidən canlanacaq”.