Üçillik müharibə nəticəsində Ukraynanın 9800 vətəndaşı həlak olub, 23 min nəfər yaralanıb.
Üçillik müharibə nəticəsində Ukraynanın 9800 vətəndaşı həlak olub, 23 min nəfər yaralanıb.
TİA.AZ xəbər verir ki, bu barədə bəyanatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Donbas müharibəsi ucbatından 1,8 milyon nəfərin məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu bildirib:
“Rusiya öz fəaliyyəti ilə dünya nizamının əsas dəyərlərinə meydan oxuyub. Moskva bununla gücün hökmran olduğu keçmiş geosiyasi sistemi yenidən diriltmək istəyib. Məhz bu ölkə tərəfindən Ukraynanın 7,2% ərazisi işğal edilib. Kiyev Rusiya ilə sərhədinin 409,7 kilometrinə nəzarət edə bilmir. Moskva bu ərazilər vasitəsilə Ukraynaya yeni muzdlu döyüşçülər, silahlar göndərir”.
Qeyd edək ki, 2014-cü ildə Rusiya ilə başlayan qarşıdurma nəticəsində Krım və Donbas vilayətlərinə nəzarət Ukraynanın əlindən çıxıb. Krım Rusiyaya birləşdirilib.