Rusiya tezliklə Ermənistanda yeni baş konsulluq açacaq. Tribunainfo.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov “Komsomolskaya Pravda”ya müsahibəsində bunu təsdiqləyib.
“Konsulluqların açılması ilə bağlı qərarlar artıq qəbul edilib və dövlətlərin səlahiyyətli orqanları ilə razılaşdırılıb. Konsulluqlar Ermənistan, Qazaxıstan, Səmərqənd (Özbəkistan), İndoneziya və Malediv Respublikasında açılacaq”, – Rusiya XİN-dən bildiriblər.
Qeyd edək ki, Kapandakı baş konsulluq
Gümrüdən sonra Rusiya Federasiyasının Ermənistandakı ikinci baş konsulluğu olacaq. Bundan əvvəl Rusiya hökuməti müvafiq sazişi təsdiqləyib. Ermənistan tərəfi də öz razılığını verib. Baş Konsulluğun açılışı ilə bağlı konkret tarixlər dəqiqləşdirilməyib.