Rusiya təyyarəsi Suriyada qəzaya uğradı: – 32 ölü

Rusiya təyyarəsi Suriyada qəzaya uğradı: – 32 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya məxsus “An-26” təyyarəsi Suriyanın “Hmeymim” aviabazasına eniş edərkən qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisə nəticəsində 26 sərnişin və altı ekipaj üzvünün həlak olduğunu bildirib.

Qeyd olunub ki, təyyarə vurulmayıb.

“Hadisəyə səbəb texniki nasazlıq ola bilər”, – deyə nazirlikdən bildiriblər.

Qəzanın araşdırılması üçün xüsusi komissiya yaradılıb.