Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını axtarışa verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.

TİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 37 yaşlı Elnur Həsənov terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda ittiham olunur.

E.Həsənov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək E.Həsənov Mingəçevir şəhərində doğulub.