“Peyk görüntüləri rusların Suriyadan qaçdığını göstərir”.
Bu barədə “Financial Times” qəzeti yazıb.
“Maxar Technologies” şirkətinin şəkillərindən görünür ki, “Heimim” aviabazasına iki “An-124”, “İl-76” yük təyyarəsi, eləcə də daha kiçik modelli yük təyyarələri – üç “An-32” və bir “An-72” yük təyyarəsi gəlib. Təyyarələrdə ağır texnikanın qəbulu üçün baqaj qapaqlarını açdığı görünür”, – məqalədə qeyd olunur.
O da bildirilir ki, peyklər Aralıq dənizində Suriya sahillərində üzən Rusiya gəmilərini də qeydə alıb.
Xatırladaq ki, dünən Qərb mediası Rusiya və Suriyanın yeni hökuməti arasında hərbi bazaların qalmasına dair ilkin razılıq əldə olunduğu yazıb. Amma bu razılaşmanın yerdəki reallıqlarla nə qədər üst-üstə düşməsi suallar doğurur.
Suriya diktatoru Bəşər Əsədə Moskvada sığınacaq verilməsi Suriya xalqında və yeni idarəçilərdə qəzəb doğurub. İstisna edilmir ki, əhali və silahlı qruplar Tratusda və Himemydə yerləşən Rusiya dəniz və aviabazasına hücum edə bilər. Görünür, Kremldə bu reallıqları anlayaraq hərbi infrastrukturun evakuasiyasına qərar verilib.