RUSİYA, SURİYA, TÜRKİYƏ VƏ İRAN ASTANADA BU TARİXDƏ GÖRÜŞƏCƏK

RUSİYA, SURİYA, TÜRKİYƏ VƏ İRAN ASTANADA BU TARİXDƏ GÖRÜŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinləri iyunun 21-də Astanada görüşəcək.

Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və Rusiya xarici işlər nazirinin müavini məlumat verib.

“Rusiyanın böyük nümayəndə heyəti Astanaya gedir. İyunun 21-də Rusiya, İran, Türkiyə, Suriya xarici işlər nazirlərinin müavinlərinin görüşü olacaq”, – Mixail Boqdanov bildirib.

Ankara ilə Dəməşq arasında münasibətlər 2011-ci ildə Suriya Ərəb Respublikasında münaqişə başlayandan sonra pisləşib. Daha sonra suriyalı qaçqın dalğası Türkiyəyə axışıb və iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

TASS agentliyi Boqdanova istinadən Rusiyanın bu məsələdə vasitəçilik missiyasının “ortaq uğur” olacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, dörd ölkənin xarici işlər nazirləri mayın 10-da Moskvada bir araya gəlib və o zaman Rusiya nazir müavinlərinə Suriya-Türkiyə əlaqələrini inkişaf etdirmək üçün yol xəritəsi hazırlamaq tapşırılacağını bildirib.