Ermənistan İrəvanı Qarabağda yerləşdirilmiş sülhməramlı kontingentə beynəlxalq mandat vermək üçün təcili tədbirlər görməyə çağırır.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bunun üçün Ermənistan BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyaya regional sülh və təhlükəsizliyin qorunması üçün müvafiq tədbirlər görmək təklifi ilə müraciət etməlidir.
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən təmsil olunan beynəlxalq ictimaiyyətə daha bir çağırış göndərilir ki, Qarabağda sülhün bərqərar olması üçün təsirli tədbirlərin görülməsi üçün imperativ qərar (qətnamə) qəbul edilsin.
“Rusiya sülhməramlı kontingenti beynəlxalq mandata malik deyil və bu hal Azərbaycana üçtərəfli bəyanatın müddəalarını, habelə beynəlxalq hüququn norma və prinsiplərini pozmağa, regionda təhlükəsizlik və sabitliyə təhlükə törətməyə imkan verir”, – bəyanatda deyilir.