Rusiya sülhəramlılarının komandiri: “Vəziyyət sabitləşir”

Rusiya sülhəramlılarının komandiri: “Vəziyyət sabitləşir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ münaqişəsi bölgəsində əldə edilən atəşkəs razılaşmasına əməl olunur, toqquşma yoxdur”.

TİA.AZ xəbər verir ki, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri genetral-leytenant Rüstəm Muradov video müraciətində bildirib.

O deyib: “Üç dövlətin rəhbəri tərəfindən imzalanaraq noyabrın 10-da saat 00:00-dan qüvvəyə minmiş razılaşmalar bu gün tam şəkildə yerinə yetirilir. Əsas odur ki, təmas xətti ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, atəş səsləri gəlmir, vəziyyət yavaş-yavaş sabitləşir”.