RUSİYA SÜLHƏ TÖHFƏ VERMİRSƏ, MANE DƏ OLMASIN! REKVİYEM

RUSİYA SÜLHƏ TÖHFƏ VERMİRSƏ, MANE DƏ OLMASIN! REKVİYEM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağın Azərbaycan ərazisi olduğunu Paşinyan etiraf edib. Bundan sonra üçüncü tərəf işimizə müdaxilə edə bilməz, yalnız sülh prosesinə dəstək verə bilər. Əgər Rusiya sülh işimizə töhfə verməyəcəksə, verməsin, amma mane də olmasın. Tribunainfo.az-ın analitik şöbəsi yazır ki, Rusiya niyyətini açıq surətdə nümayiş etdirdi və Azərbaycana ittiham yağdırdı. Rusiya XİN gizlətmədən Ermənistana çağırış edir ki, münaqişəni uzadın. “Laçın” postunu açmaq tələbini səsləndirmək isə budur ki, Rusiyanın iştirakı olmadan hər hansı danışıqlar aparılacaqsa, buna əngəl olan bəyanatlar verəcəyik. Rusiyaya elə gəlir ki, 10 noyabr atəşkəs bəyanatını imzalamaqda vasitəçi olubsa, sülh sənədi də onun moderatorluğu ilə bağlanmalıdır. Lakin Rusiya sülh sazişi bağlanması üçün real iş görmürsə, biz nəyi gözləməliyik? Ona görə Brüssel danışıqları böyük ölçüdə nəticələrlə yadda qalmasa da, önəmli bəndlər açıqlandı, müəyyən anlaşmalar təsdiqləndi, tərəflər görüşləri davam etməyə razılaşdılar. Rusiya Cənubi Qafqaz siyasətinin nədən ibarət olduğunu son bəyanatında tam ifadə etdi.
Amma bölgədə sülhün alternativi olmadığını bilməlidirlər. Rusiya nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdırsa, bilməlidir ki, bölgədə sülh olmasa tranzit marşrutlar davamlı təhdid altında qalacaq. Ona görə Prezidentin sülh gündəliyi, dəyişməz mövqeyi Ermənistanı buna məcbur edəcək.