Rusiya son vaxtlar niyə atəşkəs istəyir? – ISW izah edirbackend

Rusiya son vaxtlar niyə atəşkəs istəyir? – ISW izah edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tribunainfo.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) hesabatında deyilir.
Hərbi analitiklər Rusiyanın 2014-cü ildə Krıma və Donbasa hərbi müdaxiləsinin Rusiyanın suverenliyə hörmətlə bağlı çoxsaylı beynəlxalq öhdəliklərini, həmçinin Ukraynanın ərazi bütövlüyü, o cümlədən 1991-ci ildə Rusiyanın Ukraynanı müstəqil dövlət kimi tanıması və Rusiyanın xüsusi olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmamağa söz verdiyi 1994-cü il Budapeşt Memorandumunu pozduğunu vurğulayıblar.
Kremlin Rusiyanı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmamağa məcbur edən istənilən yeni sazişə hörmətlə yanaşacağını düşünməyə əsas yoxdur. Atəşkəs Rusiyaya deqradasiyaya uğramış qüvvələri bərpa etmək, insan resurslarını Ukraynada döyüşməkdənsə, genişmiqyaslı ekspansiya və islahatlara yönəltmək və Rusiyaya Ukraynada təcili əməliyyat ehtiyacları olmadan öz müdafiə sənayesi bazasını səfərbər etməyə imkan verəcək.
Rusiya atəşkəsdən rejimin dəyişdirilməsi, demilitarizasiyası və Ukraynanın zəbt edilməsinə yönəlmiş növbəti hücum əməliyyatlarını həyata keçirmək üçün daha uyğun qüvvələr hazırlamaq üçün istifadə edə bilər.
Atəşkəs, şübhəsiz ki, Ukraynaya da hərbi birləşmə və müdafiə sənayesinin inkişafı məsələlərini həll etmək üçün imkanlar verərdi, lakin Kreml əsassız olaraq dondurulmuş cəbhənin Ukraynaya Qərbin dəstəyinin aktuallığının çox azalacağını və vacibliyini itirəcəyini gözləyir, həmçinin hesab edir ki, hərbi əməliyyatların bərpasına hazırlıqda Ukraynanı qabaqlaya biləcək.