Rusiya Soçi Olimpiadasında qazandığı iki medalı itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançılar Albert Demçenko və Tatyana İvanovanı 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarının gümüş medallarından məhrum edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə təşkilatın saytında bildirilir.

İdmançılar dopinq qaydalarını pozmaqda təqsirli biliniblər. Demçenko və İvanova qarışıq estafet yarışında ikinci olublar. Sanksiyalar daha doqquz rusiyalı idmançıya qarşı tətbiq edilib.