Rusiya Slovyanskda iki təhsil ocağına hücum edib

Rusiya Slovyanskda iki təhsil ocağına hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-nə keçən gecə rus işğalçıları Slovyanska hücum edərək iki təhsil müəssisəsini vurublar.

Tribunainfo.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Slovyansk şəhər hərbi administrasiyasının rəhbəri Vadim Liax məlumat verib.

O, “Bu gecə düşmən yenidən şəhərimizə hücum etdi. İstifadə olunan silahların növü müəyyənləşdirilir” deyib.

Hücumlar Vokzalna və Vçitelska küçələrində yerləşən iki təhsil müəssisəsində qeydə alınıb. Qonşu hündürmərtəbəli binalara ziyan dəyib.

 

Dəniz Pənahova