Rusiya müdafiə naziri Sergey Şoyqunun Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İnlə görüşündən sonra Pxenyandan Rusiyaya İL-62M yük təyyarələri ilə daşınmalar müşahidə olunur.
Tribunainfo.az yazır ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev yazıb. O bildirib ki, böyük ehtimalla Rusiya Şimali Koreyadan iri çaplı artilleriya sursatları alır.