Rusiya serialı Ginnesin Rekordlar Kitabına düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya istehsalı olan “Voroninı” serialı dünyanın ən uzunmüddətli televiziya layihəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

 

Rusiya istehsalı olan “Voroninı” serialı dünyanın ən uzunmüddətli televiziya layihəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

TİA.AZ Rusiya KİV-nə istinadla xəbər verir ki, Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndəsi serialda 455 epizodu qeydə alıb.

“Voroninı” – 13 sentyabr 1996-cı ildən 16 may 2005-ci ildək “CBS” telekanalında yayımlanan “Hər kəs Reymondu sevir” Amerika sitkomuna (situasiya komediyası) uyğunlaşdırılaraq, lentə alınıb. Rusiya versiyasının premyerası 2009-cu ildə baş tutub və  bugündək yayımlanır. Avqustun sonunda “CTC” kanalı serialın 20-ci mövsümünü təqdim edib.

Sitkom adi bir ailənin sərgüzəştləri haqqındadır. Əsas rolları Qeorqiy Dronov, Yekaterina Volkova, Stanislav Dujnikov, Anna Frolovtseva və Boris Klyuev canlandırırlar.